İyulun 5-də, saat 15:00 radələrində Goranboy rayonunun Nizamikənd kəndi ərazisində Şadılı kənd sakini Vüsal Bayramov idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Cəmil Talıbovun idarə etdiyi “Suzuki” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata görə, nəticədə C.Talıbovun sərnişinlərindən - arvadı Aidə Abdullayeva hadisə yerində ölüb, digər sərnişini oğlu Rauf, habelə V.Bayramov və sərnişini həmkəndlisi Əlikram Sadıqov xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
5 iyul 16:40
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün Bakı-Qazax yolunun Goranboyun Azad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Suzuki” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər qadın sərnişin ölüb, iki nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.