Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Goranboyda dağılmaq üzrə olan qədim türbə ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
“Goranboy rayonunun Səfikürd kəndindəki qəbiristanlıq tarix-mədəniyyət abidələri siyahısındadır”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Goranboy rayonunun Səfikürd kəndindəki “Köhnə qəbiristanlıq” Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısına arxeoloji abidə kimi salınıb.
Qeyd edək ki, Goranboy rayonunun Səfikürd kəndindəki qəbiristanlıqda dağılmaq üzrə olan qədim türbə və tarixi qəbirlərin olduğuna dair məlumat vermişdik.
Vətəndaşlar qədim məzar daşlarının bir hissəsinin artıq aşdığını, bəzilərinin isə yaxınlığında yeni qəbir yerləri qazıldığı üçün zədələndiyini deyiblər.
Könül Cəfərli
Rəylər