Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Goranboyda avtoqəzada xəsarət alan yeddi nəfərin SON DURUMU AÇIQLANDI](https://images.oxu.az/2025/02/09/HIgFgRUYDSND6NWykCVB70zz5XWexkGqQE8CmqD8:1200.webp)
Goranboyda avtoqəzada xəsarət alan yeddi nəfərin SON DURUMU AÇIQLANDI
Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı yeddi nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Dekabrın 9-da saat 18:30-da Goranboy rayon Zeyvə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan yeddi nəfər (beşi kişi, ikisi qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
1971-ci il təvəllüdlü (qadın cinsli) şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Digər altı nəfərə zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.
Hadisə nəticəsində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Goranboyda baş verən qəzada ölən şəxslə bağlı bəzi detallar məlum olub.
Oxu.Az Teleqraf-a istinadən məlumat verir ki, rayonun Zeyvə kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən Məhəmməd Bayramov ailənin tək oğlu idi.
Belə ki, Səfikürd kənd sakini olan M.Bayramov nişanlı imiş, mart ayında toyu olacaqmış.
Onun atası Talıb Bayramov isə Birinci Qarabağ müharibəsinin veteranıdır, ağır döyüşlərdə iştirak edib.
Məhəmmədin ailəsi Səfikürd kəndində yaşayır, əsasən təsərrüfatla məşğuldur.
Məhəmməd Bayramovun fotosunu təqdim edirik:
Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, fevralın 9-da Goranboy-Ağcakənd avtomobil yolunun Zeyvə kəndindən keçən hissəsində Səfikürd kənd sakini, 17.05.2003-cü il təvəllüdlü Məhəmməd Talıb oğlu Bayramovun idarə etdiyi VAZ-2107 markalı avtomobil 01.07.1995-ci il təvəllüdlü Vahid Mobil oğlu Hüseynzadənin idarə etdiyi pikapla toqquşub.
Qəza nəticəsində Məhəmməd Bayramov vəfat edib. Onun maşınında olan digər sərnişinlər - Səfikürd kənd sakinləri 18.01.2001-ci il təvəllüdlü Mehman Aydın oğlu Allahverdiyev, 18.02.2001-ci il təvəllüdlü Uğur Ceyhun oğlu Babayev və 12.06 2001-ci il təvəllüdlü Məftun Namiq oğlu Allahyarov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Pikapın sürücüsü və sərnişinlər - Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 06.15.1980-ci il təvəllüdlü Samir Gülbaba oğlu Hacıbabayev, Qaraçinar kəndində müvəqqəti yaşayan 09.11.1971-ci il təvəllüdlü Zəminə Rəfail qızı Qasımova müxtəlif bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yeləşdiriliblər.
Goranboyda iki minik maşını toqquşub.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Zeyvə kəndindən keçən hissəsində baş verib.
Hərəkətdə olan VAZ markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Rəylər