Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib. Sertifikat KOBİA-da sahibkarların şikayətlərinə baxılması prosesinin keyfiyyətinin yüksəlməsinə və sahibkar məmnunluğunun daha da artmasına xidmət edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, KOBİA-ya ISO 10002:2018 "Keyfiyyətin idarə edilməsi, Müştəri məmnuniyyəti, Təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar" beynəlxalq standartı üzrə sertifikat təqdim edilib. Bu beynəlxalq standart şikayətlərin quruma daxil olması, onların nəzərə alınması, həlli və cavablandırılması prosesini qiymətləndirir, şikayətlərə baxılması işinin daha effektiv həyata keçirilməsi üzrə tələbləri müəyyən edir.
2024-cü ilin sonunda başlayan sertifikatlaşma prosesi çərçivəsində agentliyin müvafiq sahədə prosedurları və iş təcrübəsi daha da təkmilləşdirilərək beynəlxalq standartın tələblərinə uyğyunlaşdırılıb, KOBİA-nın aidiyyəti struktur bölmələrinin əməkdaşları təlimlərə cəlb olunublar.
Sertifikat KOBİA-da sahibkarların şikayətlərinə baxılması prosesinin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə və sahibkar məmnunluğunun daha da artırılmasına xidmət edəcək.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Ağdaşın biznes imkanlarının reallaşdırılması sahibkarların iştirakı ilə müzakirə edilib
- "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb
- Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
- Dövlət dəstəyi ilə qadın sahibkarların iqtisadiyyatda rolu artır
- "KOB bazar" satış yarmarkası fəaliyyətə başladı