Dünən saat 19.00 radələrində Bakı-Qazax magistral yolunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Magistral yolu keçmək istəyən, Goranboy rayonun Azad kənd sakini, kənd orta məktəbinin direktoru, 1954-cü il təvəllüdlü Salman Abbasovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb.
60 yaşlı Salman Abbasov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq S.Abbasov gecə saatlarında dünyasını dəyişib.
Hadisəni törədən naməlum avtomobilin tapılması istiqamətində Dövlət Yol Polisi İdarəsində tədbirlər həyata keçirilir.
Qeyd edək ki, S.Abbasov Goranboy rayonunun Azad kənd orta məktəbinin direktoru olub.