Bakı-Qazax yolunda avtomobil qəzası baş verib.
Oxu.Az “ARB 24”-ə istinadən xəbər verir ki, hadisə magistralın Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarına aşıb. Qəza zamanı qadın sürücü və maşındakı azyaşlı xəsarət alıb.
Apa-nın məlumatına görə, xəsarət alanlar Şəmkir rayon sakini, onlar 1980-ci il təvəllüdlü Namazova Aygün Vidadi qızı və onun 10 yaşlı övladı Şahdağlı Sara Şahdağlıoruc qızıdır.
Yaralılar Gəncədəki xəstəxanalardan birinə aparılıb.
N.О.