Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb: DYP-dən MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Dumanlı havanın digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmağı xahiş edirik", - müraciətdə bildirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Oğuzda NARKOTİK ƏMƏLİYYATI - Üç nəfər saxlanıldı
- Dələduzluq təhdidi: Süni intellekt vasitəsilə çağırışlar yayılır
- Polis Bakıda 11 elektromobildən oğurluq edən şəxsi saxladı
- Əlavə gəlir qazanmaq istəyən şəxs 21 min manatından da oldu
- Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib
Rəylər