Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Şamaxı" klubu heyətini ukraynalı müdafiəçi ilə gücləndirmək istəyir
Azərbaycan Premyer Liqasında qalmağa çalışan "Şamaxı" heyətini yeni müdafiəçi ilə gücləndirir.
Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, "şirlər" ukraynalı futbolçu Vladislav Veremeyevi heyətinə qatmaqda maraqlıdır.
26 yaşlı donetskli yerli "Olimpik" klubunun yetirməsidir.
Ölkəsində "Dnepr", "Çernomorets", "Zvezda", "Sum" və "Skorık"ın formalarını geyinən futbolçu indiyədək ümumilikdə üç ölkədə legioner həyatı yaşayıb.
2020-2021-ci illərdə Estoniyada "Nome Kalyu"nun şərəfini qoruyub. 2023-cü ili Latviyada "Elqava"da keçirib.
Ötən ilin ilk yarısında isə Çexiyanın "Zemplin" komandası ilə anlaşıb. Vladislav Veremeyev "Şamaxı" klubuna da məhz buradan keçəcək.
Qeyd edək ki, "Şamaxı" klubu Veremeyevlə 5 ay + 1 illik müqavilə bağlamağı nəzərdə tutub.
Rəylər