Misli Premyer Liqasının IX turunda "Sabah" və "Qarabağ" komandaları arasında keçirilən oyun qolsuz heç-heçə ilə başa çatıb.
Oxu.Az xəbər verir ki, "Dalğa Arena"da baş tutan qarşılaşmada komandalar fərqlənə bilməyiblər.
Bu nəticədən sonra 20 xal toplayan "Sabah" turnir cədvəlinə başçılıq edir. 18 xalı olan "Qarabağ" isə üçüncü pillədə qərarlaşıb.
Misli Premyer Liqasının IX turunda daha bir görüş baş tutub.
Oxu.Az xəbər verir ki, Yevlax şəhər stadionunda "İmişli" "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib.
Meydan sahiblərinin heyətində Dioqo Almeyda (17) və Seyxan Fərəcov (90+2-p.) fərqləniblər. "Şamaxı"nın yeganə qolunu isə 65-ci dəqiqədə Abdullahi Şuaybu rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 10-a yüksəldən "İmişli" turnir cədvəlində 8-ci pilləyə yüksəlib. "Şamaxı" isə 13 xalla 7-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1.
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək.
Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli" isə 9-cu yerdədir.
Günün son görüşündə isə "Sabah" "Sabah Arena"da "Qarabağ"ı qəbul edəcək. Bu görüşə isə saat 18:00-da start veriləcək. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Sabah"ın 19 xalı var. 17 xala malik "Qarabağ" isə üçüncüdür.
Misli Premyer Liqası
IX tur
25 oktyabr
15:00. "İmişli" - "Şamaxı"
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu.
18:00. "Sabah" - "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Sabah Arena".
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1.