Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Göyçay çayında son vəziyyət - VİDEO
Göyçay çayında müvəqqəti alternativ yolun inşası üçün hazırlıqlara başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.Az-a daxil olan məlumata görə, yolun salınmasına sel sularının səviyyəsi aşağı düşən kimi başlanılacaq.
Müvəqqəti yol mövcud körpüdən təqribən 200 metr aralıda salınacaq.
Hazırda ərazidə çaya qədər olan yolun avtoqreyderlə düzləşdirilməsi və çayda suyun kənardan mərkəzə yönəldilməsi üçün axın istiqamətinin dəyişdirilməsi tədbirləri görülür.
Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə Agentlik tərəfindən təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb.
Qeyd edək ki, iyun ayının 2-də axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, yanaşma yolları ilə bərabər 76.6 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsi uçub.
Rəylər