Göyçay rayon Mərkəzi Xəstəxanasında abort edərkən qadının ölümünə səbəb olan ginekoloq işdən çıxarılıb.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.
Məlumata görə, xəstəxananın Tibbi Şurasının növbədənkənar iclası keçirilib:
“İclas fevralın 12-də xəstəxanada Göyçayın Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış 1990-cı il təvəllüdlü, Ağstafa sakini Əliyeva Nurlanə Əlişirin qızının abort zamanı dünyasını dəyişməsi ilə bağlı olub.
Qərara görə, qadını abort edən həkim-ginekoloq Roza Babayeva işdən çıxarılıb. Həmçinin, xəstəxananın ginekologiya şöbəsinin müdiri əvəzi Leyla Əliyeva tutduğu vəzifədən azad olunub”.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi başlanıb.
İlhamə Əbülfət