Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Göyçayda ağır qəza: Sürücünün qolu qopdu
Göyçayda ağır avtomobil qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə 08:20-də Göyçay-Ağsu yolunun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.
VAZ-2107 markalı avtomobilin sürücüsü eyni istiqamətdə hərəkətdə olan ZiL markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində VAZ-ın sürücüsünün qolu çiynindən qoparaq kənara düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, VAZ sürücüsü yuxulu olub və yüksək sürətlə ZiL markalı yük maşınını arxadan vurub. Yük maşını zərbənin gücündən aşıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunublar.
Videonu təqdim edirik:
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar