Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İrəvan yaxınlığında güclü partlayışda xəsarət alanların sayı artıb
Ermənistanın Abovyan şəhərində qazdoldurma məntəqəsində baş vermiş yanğın söndürülüb, soyutma işləri davam edir.
Son məlumatlara görə, yeddi nəfər xəsarət alıb, onlardan biri tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıb. Ölən yoxdur.
Hazırda İrəvan-Sevan avtomobil yolunun 16-18-ci kilometrləri hər iki istiqamətdə bağlıdır.
İrəvanın yaxınlığındakı Abovyan şəhərində qazdoldurma məntəqəsində baş vermiş güclü partlayış nəticəsində azı beş nəfər yaralanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"İrəvan-Sevan yolunda baş vermiş partlayış və ardınca yanğın nəticəsində, ilkin məlumatlara görə, beş vətəndaş xəstəxanaya yerləşdirilib", - nazirliyin "Facebook" səhifəsində bildirilib.
İrəvanın yaxınlığındakı Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.
Məlumata görə, Abovyan şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib.
"911 xidmətinə İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqələrindən birində partlayış olduğu, nəticədə yanğın baş verdiyi barədə məlumat daxil olub. Oraya Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin döyüş briqadaları göndərilib. Ətraflı məlumat veriləcək", - ölkənin Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.
Mənbə: Ermənistan KİV
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- İki qurumdan elektron siqaretlərlə bağlı vətəndaşlara MÜRACİƏT
- Səhiyyə Nazirliyi ilk dəfə Cəbrayılda əhali üçün tibbi müayinələr təşkil edib
- Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA
- Emin Əmrullayev plastik cərrahlara verilən diplomlardan DANIŞDI
- İki qurumdan plastik cərrahların lisenziyası ilə bağlı birgə MƏLUMAT