Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Göyçayda yaşayış binasının dam örtüyü uçdu
Ötən gün respublika ərazisində müşahidə edilən kəskin hava şəraitinin Göyçayda hansı fəsadlar törətdiyi məlum olub.
Bu barədə Oxu.Az-a Göyçay Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, güclü külək və yağışlar rayon ərazisində onlarla ağacın aşmasına və dam örtüklərinin yararsız hala düşməsinə səbəb olub:
“Güclü külək rayon ərazisində olan beş mərtəbəli yaşayış binasının dam örtüyünü atıb. Hazırda əməkdaşlarımız əraziyə ezam edilib. Eyni zamanda, rayon ərazisindən keçən 900 metrlik elektrik xətti, bir ədəd transformator, 3000 metrlik kabel xətti qırılıb, çoxsaylı elektrik dirəkləri yarasız hala düşüb.
İki irigövdəli ağac kökündən qırılaraq rayon ərazisindəki bir çardaq və bir avtomobil qarajının üzərinə düşərək yararsız vəziyyətə salıb”.
Xatırladaq ki, dünən gecə saatlarından başlayan intensiv yağış və güclü külək bir sıra regionlarda ciddi fəsadlar yaradıb. Dolu İsmayıllı, Zaqatala, Göyçay rayonları və Gəncə şəhərində elektrik naqillərini sıradan çıxarıb.
Könül Cəfərli
Rəylər