Göyçayda avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Oxu. Az-ın verdiyi xəbərə görə, Bığır kənd xəstəxanasının qarşısında iki "VAZ 21011" markalı minik avtomobilinin toqquşması nəticəsində 1963-cü il təvəllüdlü Bulud Abışov dünyasını dəyişib, ağır bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Xəyal Məmmədov, 1993-cü il təvəllüdlü Tapdıq Azakov, 1983-cü il təvəllüdlü Şamo Nəbiyev Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər.
22.49
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtoqəza rayonun Bığır kəndində qeydə alınıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, kənd sakinləri Xəyal Məmmədov və Bulud Abışovun idarə etdiyi iki "VAZ 21011" markalı minik maşınının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə zamanı xəsarət alan 7 nəfər xəstəxanaya çatdırılsa da, onlardan biri yolda keçinib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Səhiyyə Nazirliyi də Göyçay rayonu Bığır kəndi ərazisində baş verən qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin Oxu.Az-a verdiyi məlumata görə, qəza nəticəsində 56 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
İki nəfər 25 yaşlı şəxs və 37 yaşlı kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
25 yaşlı xəstədə aşağı ətrafların sınığı, digər xəstədə isə müxtəlif dərəcəli travmalar olub.
Hazırda müalicələri davam edir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Nazir Quliyev,
Könül Cəfərli
Göyçaydakı ağır qəzada ölən və yaralananların adları açıqlandı - YENİLƏNİB - FOTO/VİDEO