Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Göygöl və Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Göygöl və Gəncə şəhərlərində baş vermiş qida zəhərlənməsi ilə bağlı məlumat yayıb.
Qurumdan "Qafqazinfo"ya bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına üç mənbədən ümumilikdə 50 nəfər müraciət edib.
Onlardan 38 nəfərə müvafiq yardım göstərildikdən sonra evə buraxılıb. Qalan 12 nəfər hazırda stasionarda müalicə alır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Yaxın saatlarda onların da evə buraxılması nəzərdə tutulub.
Gəncə Səhiyyə şöbəsinin müdirinin verdiyi məlumata görə, ümumilikdə 96 müraciət daxil olub. Mənbə Yas mərasimidir.
Vəziyyətləri ağır olan yoxdur. Müvafiq yardım göstərildikdən sonra hissə-hissə evə buraxılırlar. Hazırda 96 müraciətdən 46 nəfər stasionarda yardım alır. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Təcili yardım briqadaları operativ şəkildə xidmət göstərirlər. Əlavə köməyə ehtiyac olmadığı bildirilir.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ
- Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI
- Zaqatala xəstəxanasına yeni baş həkim TƏYİNATI
- Xaçmazda iki yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan şəxs VƏFAT ETDİ
- Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib
Rəylər