Göygöl rayon sakini mal-qara otaran zaman minaya düşüb.
Oxu.Az-ın məlumatına görə, məlumatına görə, hadisə rayonun Bənövşəli kəndi ərazisində qeydə alınıb.
1990-ci il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşüb.
O, hadisə yerindəcə vəfat edib.
Faktla bağlı araşdırmalara başlanılıb.
İlhamə Əbülfət