Göygöl Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş körpə meyiti aşkarlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında xəstəxanada çalışanlar avtomobildən xəstəxananın arxa tərəfinə körpə meyitinin atıldığını görüblər. Polisə məlumat verildikdən sonra meyit müayinə uçun Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə aparılıb.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin