İspaniyanın Sevilya şəhərində Airbus A400M tipli hərbi təyyarə qəzaya uğrayıb.
Oxu.Az El Pais-ə istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan biraz sonra Сoca-Cola zavodunun ərazisində qəzaya uğrayıb.
İlkin məlumatlara görə qəza zamanı 8 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna edilmir.
Qəzanın baş vermə səbəbi araşdırılır.