İraqın Diyala bölgəsindəki həbsxanada baş vermiş iğtişaşın yatırılması zamanı 62 nəfər həlak olub.
Oxu.Az-ın xarici KİV-ə istinadən xəbər verir ki, üsyan məhbusların yemək vaxtında başlayıb. Nəzarətçilər qarşıdurmanın qarşısının almağa üsyanı sakitləşdirməyə çalışarkən 50 məhbus öldürülüb.
Nəzarətçilərdən isə 12 nəfərin dünyasını dəyişdiyi bildirilir. Məhbuslardan 15-i qaçmağa müvəffəq olub.