Göygöl Milli Parkını zibilləyən vətəndaşlarlı müəyyən edilməsi üçün əraziyə təhlükəsizlik kameraları quraşdırılacaq.
Bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə deyib.
H.Əlizadə bildirib ki, ümimiyyətlə milli parkları zibilləyən vətəndaşlarla bağlı “qara siyahı” tətbiq ediləcək. “Qara siyahıya” düşən vətəndaşlar heç bir Milli Parka buraxılmayacaqlar.
“Tətbiq edilən “qara siyahı” ictimaiyyətə açıqlanacaq. Ehtimal edilir ki, həmin qara siyahı Milli Parkın girişində vurulacaq, hər kəs ərazini zibilləyən şəxsin kimliyi ilə tanış ola biləcək”.
Elvin Əhmədov
www.oxu.az