Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Göygölün unudulan tarixi: Alban kilsəsi, gizli mağara... - FOTO
Göygöl rayonu Toğana yolunda yerləşən tarixi abidə baxımsız vəziyyətdədir.
Bu barədə Oxu.Az-a göndərilən məlumatda qeyd olunub.
Söhbət Alban kilsəsindən gedir. Bu tipli kiçik kilsələrdən rayonda daha bir neçə yerdə olduğu deyilir. Fotolarda gördüyünüz kilsə rayonun Çaykənd ərazisində yerləşir.
Kilsənin yaxınlığındakı ağacın üzərindən asılan parçalara baxsaq, buranın bir müddət insanların “inanc” yeri kimi istifadə etdiyini başa düşmək olar.
Onlardan təxminən 10 metr aralıda isə girişi demək olar ki dağıntılar altında qalan mağara var.
Göygöl rayonunda bu cür unudulan, yaddan çıxan qalalar, qalaçalar, körpülər, məbədlər, abidələr təəssüf ki, az deyil. Bu və ya digər yerlərdəki alban kilsələri və s. illər boyu nəzər-diqqətdən kənarda qalıb.
Könül Cəfərli
"Göygöl" teqi üzrə xəbərlər
- Göygöldə maşın qadınları vurdu: Ölən var
- Mahnı sifarişinə görə toyda döyülən kişi xəstəxanada öldü
- Göygöldə qayınata ilə kürəkən arasında münaqişə: Bıçaqlananlar var
- AQTA: "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir"
- Bu xəbərləri qaçırmayın: 13.08.2024-ün ən mühüm hadisələri
Rəylər