Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyini nəzərə alaraq əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatda qeyd olunub ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur:
"Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Bununla yanaşı, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar".
Nazirlik ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləməyi tövsiyə edir:
"Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!"
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
- FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib
- Hövsanda güclü PARTLAYIŞ: "Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar"
- Bakıda şiddətli yanğın söndürüldü: Yolda hərəkətə məhdudiyyət aradan qaldırıldı
- Yanğında zərər görən sahibkar: "Sığorta edə bilmədik, peşman olduq"