Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Güclü külək ağacı tanınmış yazarın maşınının üstünə aşırdı - FOTO
Dünəndən başlayan hava şəraiti ilə bağlı olaraq paytaxt ərazisində bir ağac aşıb, bininin isə budağı sınıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu gündən ağacların aşması ehtimalı daha çoxdur:
“Ağaclardan biri kökündən qopub. Digərinin isə budağı sınıb. Hadisələrdən biri Nərimanov rayonunda baş verib. Ümumiyyətlə, hələlik sakitlikdir. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığına əsasən, güclü külək günortadan sonra başlayacaq.
Küləyin sürəti 28, 30, 32 və 35 m/s olarsa, hadisələrin sayı çoxlacaq. Hesab edirəm ki, əvvəlki aylara nisbətən daha çox ağac aşacaq. Çünki artıq yağış yağıb, torpaq, hətta ağacların oduncaqları belə yumşalıb. Ağacların qırılma və kökündən qopma ehtimalı çoxdur”.
Orxan Məmmədov vətəndaşlara diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.
Dünən paytaxt ərazidə aşan ağaclardan biri jurnalist, yazar Pərviz Cəbrayılın avtomobilinin üstünə düşüb. Maşına ziyan dəyib.
Sevinc Yasinqızı
"Bakı" teqi üzrə xəbərlər
- Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
- Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
Rəylər