Güclü külək Lerik rayonunu və Lənkəranın bir neçə kəndini işıqsız qoyub.
Oxu.Az xəbər verir ki, Report-a istinadən xəbər verir ki, ötən gündən başlayaraq əsən güclü külək rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik xətlərində yaranan açılmalar səbəbi ilə Lerik rayonunun bütün kəndlərində və rayon mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb.
Qəzaların genişmiqyaslı olmasının qarşısını almaq üçün xətlər şəbəkədən ayrılıb. Elektrik şəbəkəsinin təmir briqadaları bərpa işlərinə başlayıb.
Lənkəran-Hamarat-Lerik 35 kilovoltluq hava xəttində açılmalar olduğundan Lənkəran rayonunun bir neçə kəndi elektrik enerjisiz qalıb.
Hazırda rayon ərazisində küləkli hava şəraiti müşahidə olunur.
E.Ə.
www.oxu.az