Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Güclü qar səbəbindən Qaxın ucqar kəndi ilə əlaqə kəsilib
Güclü qar səbəbindən Qax rayonunun Sarıbaş kəndi ilə əlaqə kəsilib.
“Unikal” xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq Şimal-Qərb bölgəsinə yağan güclü qar səbəbindən kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Kənd sakinlərinin dediyinə görə, ötən gün axşam saatlarından onlar şəhər mərkəzinə gedə bilmirlər.
Hazırda Sarıbaş kəndində qarın qalınlığı 40-45 sm-dir və yağmaqda davam edir.
Qeyd edək ki, Sarıbaş kəndi Qax rayonunun ən ucqar dağ kəndlərindəndir.
"Qax" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər