Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Güclü yağış nəticəsində Bakıda ev uçdu: Dağıntılar altından xilas edilən var
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 156 ünvanında fərdi yaşayış evində uçqun baş verməsi nəticəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin uçması nəticəsində bir nəfər vətəndaşın dağıntı altında qaldığı müəyyən edilib.
Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində 1957-ci il təvəllüdlü K.Nuriyeva dağıntı altından çıxarılaraq xilas edilib.
Daha çox foto burada: PhotoStock.az
Bu gün səhər saatlarında Bakıda ev uçqunu baş verib.
Konkret.az-a bu barədə Yasamal rayonu Abdulla Şaiq küçəsi, dalan 10 ünvanında yaşayan sakinlər məlumat veriblər.
Məlumata görə, iki gündür aramsız yağan yağışlar ikimərtəbəli binanın çökməsinə səbəb olub.
Nəticədə tamamilə uçub-dağılan ev dar dalan boyu sakinlərin yolunu bağlayıb. Həmçinin əraziyə qaz və elektrik enerjisi verilişi dayandırılıb.
Vətəndaşlar bildirir ki, artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və ev sahibi uçqun altından çıxarılıb.
Sakinlər onu da qeyd edirlər ki, sözügedən ərazi söküntü zonasıdır və hətta uzun illər öncə bununla bağlı müvafiq sənədləri toplayıb aidiyyəti qurumlara təqdim ediblər.
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Masazır sakinlərinin bitməyən kanalizasiya problemi: "Mişardaşı döşəmişik ki, işə gedə bilək"
- Sumqayıtda şagirdlər yağış sularına görə ÇIXILMAZ VƏZİYYƏTDƏ
- Masazırda küçələri su basdı: 25 nəfər təxliyə edildi - RƏSMİ
- Bakıda məktəbin qarşısında yaranan ANTİSANİTAR vəziyyət aradan qaldırılıb
- Sulutəpə qəsəbəsində həyətləri su basdı, küçələr KEÇİLMƏZ OLDU
Rəylər