Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Güclü yağış Ordubadın kəndlərində fəsadlar törədib
Ordubadın kəndlərində leysan fəsadlar törədib.
Oxu.Az xəbər verir ki, güclü yağış nəticəsində Ordubad rayonunun Üstüpü, Çənnəb, Parağa və Biləv kəndlərini birləşdirən avtomobil yollarında hərəkət məhdudlaşıb.
Hazırda ərazilərdə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin texnikası və canlı qüvvələri cəlb olunub, təmizləmə və bərpa işləri davam etdirilir.
Yollarda yaranan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar