İngiltərə Premyer Liqasının 35-ci turunda "Çelsi" və "Liverpul" komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, Londondakı "Stemford Bric" stadionundakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, qonaqlar üçün bu matç ciddi əhəmiyyət kəsb etməyib. Mersisaydlılar artıq vaxtından əvvəl tarixində 20-ci dəfə İngiltərə çempionu olublar.
Hazırda onlar 82 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edirlər. "Çelsi" isə 63 xalla 5-ci yerdədir.