Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Güloğlan Muradlı: "Gömrük sistemində proseslərin rəqəmsallaşdırılması layihələri həyata keçirilir"
"Gömrük sistemində bütün proseslərin rəqəmsallaşdırılması layihələri həyata keçirilir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Güloğlan Muradlı "Rəqəmsal gömrük və media" mövzusunda seminarda çıxışı zamanı deyib.
O bildirib ki, ötən il 33 milyon xidmət göstərilib ki, onun 99%-i elektron qaydada həyata keçirilib:
"Əgər rəqəmsal həlləri vaxtında ortaya qoymaq mümkün olmasaydı, bu qədər xidmətin həyata keçirilməsi qeyri-mümkün olardı".
Sədr müavini qeyd edib ki, 2025-2030-cu illər üçün "Gömrük İnkişaf Strategiyası" qəbul edilib:
"Burada ambisiya və hədəflərimizi ortaya qoymuşuq. Əsas hədəf rəqəmsallaşma ilə bağlıdır. Süni intellektin geniş tətbiqi, ən yeni texnologiyaların tətbiqi, bizneslə əməkdaşlıq və s. istiqamətlərdə yüksək hədəflər müəyyənləşdirmişik".
Aygün Mirakif
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Hava limanında xadimə ayaqyolundan qızıl külçə tapıb?
- İrandan Rusiyaya "brokoli və kahı" aparan avtomobildə külli miqdarda narkotik vasitə aşkarlandı
- Milyonlarla rublu Azərbaycandan qanunsuz çıxarmaq istədilər
- Bakıda aksiz markasız külli miqdarda siqaret aşkar edilib
- Qaçaqmalçılıqda təqsirli bilinən üç "Duty free" işçisinə hökm oxunub