Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ Çin mallarına rüsumları azalda bilər
ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq edilən 145% həcmində gömrük rüsumlarını azaldıla bilər.
Oxu.Az-ın məlumatına görə, bu barədə dövlət başçısı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
"Müəyyən bir məqamda mən istəmirəm ki, tariflər daha da yüksəlsin, çünki müəyyən bir məqamda siz elə edəcəksiniz ki, insanlar almayacaqlar. Ola bilsin ki, mən onları azaltmaq istəyəcəyəm ki, insanlar alsınlar", - deyə dövlət başçısı bildirib.
Tramp, həmçinin qeyd edib ki, Çinlə ticarət sahəsində vəziyyət tənzimlənənə qədər "TikTok" tətbiqi ilə bağlı sazişi təxirə salmaq niyyətindədir.
ABŞ lideri ümid etdiyini bildirib ki, Vaşinqton və Pekin növbəti üç və ya dörd həftə ərzində ticarət üzrə razılaşmalara nail ola biləcəklər. Lakin onun etirafına görə, Vaşinqton və Pekin arasında danışıqlar heç də başa çatmayıb.
"ABŞ-Çin iqtisadi müharibəsi" teqi üzrə xəbərlər
- ABŞ-nin tarif razılaşmaları ticarət sistemini təhlükə altına qoya bilər
- Ticarət müharibəsində fasilə: Birja indeksləri ABŞ və Çin razılaşmalarından sonra bərpa olunur
- ABŞ və Çin iqtisadi-ticarət danışıqlarını davam etdirmək üçün yeni mexanizm yaradacaq
- ABŞ və Çin razılığa gəldilər
- ABŞ və Çin İsveçrədə ticarət danışıqları aparır