Yayın istisində yol kənarında qurulan bu sadə köşk təkcə qarpız və yemiş satılan yer deyil, həm də zəhmətin, səbrin və kənd həyatının kiçik bir hekayəsidir.
Oxu.Az Photostock.az-a istinadla xəbər verir ki, yayın ən çox axtarılan nemətlərindən olan qarpız və yemiş günün ilk saatlarından alıcılarını gözləyir. Yol kənarında qurulmuş kiçik köşkdə səliqə ilə düzülən meyvələr isti havada yoldan keçənlər üçün sərinlik və təravət vəd edir. Köşkün kənarında sakitcə oturan satıcılar isə hər gün saatlarla günəşin altında alıcı gözləyirlər. Onun üçün bu, sadəcə ticarət deyil, illərin zəhməti və dolanışıq mənbəyidir. Hər satılan qarpızın arxasında torpaqda keçirilən aylar, suvarılan sahələr, çəkilən əziyyət dayanır.
Müasir marketlərin çoxaldığı dövrdə belə yol kənarı satış nöqtələri öz səmimiyyətini qoruyub saxlayır. Burada alış-veriş tələsmədən edilir, qiymət danışılır, məhsul seçilir.
Daha çox foto burada: PhotoStock.az