Müctəba Xameneinin İran mediasında yayılan videosu onun ölkənin ali rəhbəri olmasından əvvəl çəkilib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a İrandakı mənbə məlumat verib.
Eyni zamanda, mənbə Xameneinin səhhətinin yaxşı olduğunu bildirib.
"O sağlamdır və ictimaiyyət qarşısında görünməməsinin yeganə səbəbi təhlükəsizliklə bağlıdır", - deyə mənbə vurğulayıb.
Bu gün İran KİV-i ölkənin Ali Rəhbəri Müctəba Xameneinin təxminən 12-13 saniyəlik videosunu yayıblar.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu, onun uzun müddətdən sonra ictimaiyyət qarşısında ilk videogörüntüsü kimi təqdim olunur.
Kadrlarda Xameneinin dini təhsil alan tələbələrlə birgə olduğu görünür. Lakin videonun nə vaxt çəkildiyi açıqlanmayıb.
Xameneinin uzun müddət ictimaiyyət qarşısında görünməməsi son günlər onun səhhəti ilə bağlı müxtəlif xəbərlərin yayılmasına səbəb olub. İran mediasının videonu məhz bu xəbərlərin fonunda yayımlaması diqqət çəkib.
İran mənbələri daha əvvəl Xameneinin müharibənin ilk günlərində ayağından ciddi, üz nahiyəsindən isə yüngül xəsarət aldığını bildirmişdilər.