Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Günəş tutulmalarının vaxtı açıqlandı
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verəcək Günəş tutulmalarının vaxtını açıqlayıb.
Rəsədxanadan Oxu.Az-a bildirilib ki, bu il üç Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.
Belə ki, ilk Günəş tutulması 6 yanvar 2019-cu ildə Bakı vaxtı ilə saat 03:34-də başlayacaq, 05:40-da maksimum həddə çatacaq, 07:49-da isə sona yetəcək.
Növbəti Günəş tutulması 2 iyul 2019-cu il tarixində yerli vaxtla saat 20:55-də baş verəcək və 3 iyul 01:50-də sonlanacaq.
Sonuncu Günəş tutulması isə 26 dekabr 2019-cu ildə Bakı vaxtı ilə saat 06:30-da start götürəcək və 12:06-da yekunlaşacaq. Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunun bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq
- Sakinlərin sovqatı ilə yaşayan "Şaxta baba": "Yaxşı imkanım var idi"
- Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıblar
- Bakıda 16 yaşlı oğlan itkin düşdü
- Paytaxtın hansı küçələrində sıxlıq var? - 20.12.2024
Rəylər