Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Günəşli”də qəzadan sonra neftlə çirklənmiş ərazi böyüməkdədir – FOTO
“Günəşli” yatağında baş verən yanğından sonra Xəzər dənizinin neftlə çirklənmiş ərazisi böyüməkdədir, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Dekabrın əvvəlində Xəzər dənizində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülü platformasında insanların ölümünə və neft dağılmalarına səbəb olan yanğın baş verib.
“Dekabrın 13-də Avropanın “Sentinel-1A” radiolokasiya peykindən qəzanın baş verdiyi ərazinin çəkilişləri aparılıb. Şəkildə görünür ki, “Günəşli” yatağının ətrafı neftlə çirklənməkdədir və çirklənmə şimala doğru genişlənir.
Çəkiliş zamanı əldə olunan məlumatlar göstərir ki, dekabrın 13-ə çirklənmiş ərazinin sahəsi 300 kvadrat kilometr təşkil edir”, - deyə “Skaneks” şirkətinin məlumatında bildirilir.
Şəkildə neftlə çirklənmiş ərazi tünd rəngdədir. Platforma ətrafındakı ağ nöqtələrlə isə gəmilər və hasilat platformalarıdır. “Sentinel-1A” peyki vasitəsilə dekabrın 7-də əldə olunan məlumatlara görə, neftlə çirklənmiş ərazinin ümumi sahəsi 200 kvadrat kilometr olub. Göründüyü kimi, neftlə çirklənmiş ərazi sürətlə genişlənir.
“Suomi NPP” peykinin dekabrın 14-də çəkdiyi optik təsvirdə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülü platformasından uzanan tüstü şleyfi müşahidə olunur.
Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti ilə qəza yerində yanğının söndürülməsi və itkin düşənlərin axtarışı üzrə işlər davam etdirilir. Əlverişli hava şəraitində yanğının yaxın günlərdə söndürülməsi planlaşdırılır.
Rəylər