Sentyabrın 6-da yerli vaxtla saat 21:43:07-də Zaqataladan 43 km cənubda Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, 4.1 bal gücündə baş verən zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.
Zəlzələ sərhədə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
22:18
Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, zəlzələ bu gün saat 21.45 radələrində baş verib.
Yeraltı təkanlar Zaqatala və Qax rayonlarının ərazisində hiss olunub.
S.B.
www.oxu.az