Əfqanıstanda ABŞ-ın “Baqram” hərbi bazasına hücum zamanı Gürcüstanın üç hərbi qulluqçusu yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatın Gürcüstan Müdafiə nazirliyi yayıb.
Məlumata əsasən, terrorçu-kamikadze bazanın girişində üzərindəki partlayıcı qurğunu işə salıb.
Yaralılardan biri - baş leytenant İveri Buadzenin vəziyyəti ağırdır. Hazırda o, Baqram xəstəxanasında əməliyyat olunur.
Digər yaralı sülhməramlılar hərbi aviasiya bazasının hospitalında intensiv terapiya alırlar.
S.B.
www.oxu.az