Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev növbəti dəfə eyni maddə ilə cəza alıb.
Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Habil Vəliyev üç nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, H.Vəliyev daha əvvəl də eyni ittihamla məhkumluq həyatı yaşayaraq həbs edilmiş və 4 il həbs cəzası almışdı.
"Hədə-qorxu ilə tələb etmə" teqi üzrə xəbərlər
- Sevgililərin "Instagram" şantajı: Vətəndaşların pulları necə ələ keçirildi?
- Tanışını rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 169 min manatını ələ keçirdi
- Sevgilisini yataqdakı fotoları ilə şantaj etdi, CƏZALANDIRILDI
- Təranə Səmədova Ali Məhkəməyə müraciət etdi
- Korrupsiya barədə məlumat verən şəxs və yaxınlarına təzyiq edilməsi qadağan olundu