Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun həbsinə etiraz olaraq parlament kürsüsünə qalxıblar.
Oxu.Az bu barədə Haber7.com-a istinadən xəbər verib.
Qeyd olunur ki, CHP-dən olan millət vəkillərinin bu addımından sonra spiker parlamentin iclasını sabaha qədər təxirə salıb.