Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hacı Şahin: Qəbiristanlıqda “moda” yarışı gedir
Hər birimiz ildə ən azı bir dəfə dünyasını dəyişən əzizlərini ziyarət etmək üçün qəbiristanlığa gedir və özümüzdən asılı olmayaraq xoflanırıq. Bizdən fərqli olaraq qonşu Türkiyədəki qəbiristanlıqların mənzərəsi heç də qorxulu görünmür.
Başdaşları hamısı eyni ölçüdə və formadadır. Qəbirüstü abidənin götürülməsi üçün lazım olan qara mərmərin 1500-2000 manata başa gəldiyini nəzərə alsaq, təxminən kimin varlı, kiminsə kasıb yaşadığını da müəyyən etmək olar.
Oxu.Az xəbər verir ki, Məşədi Dadaş məscidinin axundu Hacı Şahinin Modern.az-a deyib ki, bir sıra ölkələrin qəbiristanlığında hətta uşaqların oynaması üçün müəyyən şərait yaradılıb:
“Dinimiz qəbir ziyarətini bizə ona görə tövsiyə edir ki, qəbiristanlıqda insan mənəvi bir hüzur tapmalıdır. Qəbiristanlıq insana axirət həyatını xatırlatmaldır. Axirətini xatırlayan insan isə dünyadakı çətinliklərini unudur. Dünya onun gözündə yüngülləşir”.
Axundun fikrincə, qəbir daşlarının özündə dəyişiklik edilməlidir:
“Hesab edirəm ki, qəbir daşlarında dəyişiklik edilməsi məqsədəuyğundur. Çünki qoyulan heykəllər, qara mərmərdən ucaldılan abidələr dini nöqteyi-nəzərdən də yanlışdır. İstər-istəməz qəbiristanlığa daxil olan insana mənfi təsir göstərir. Əslində qəbiristanlıqda başdaşlarının qara mərmərdən, təmtaraqlı olmasına ehtiyac da yoxdur. Dini nöqteyi-baxımdan bunların hamısı israf hesab olunur və günah sayılır. Əslində qəbirlərin üzərində yalnız rəhmətə gedən şəxsin kimliyini bildirən əlamət olmalıdır. Məncə, bu dəyişikliklər mütləq olmalıdır. İnsanlar əməli nümunə göstərməlidir.
Əksəriyyət qəbiristanlıqdakı dəbdəbədən narazılıq edir, amma öz yaxını vəfat edəndə özü də həmin şeyləri təkrar edir və ümumi qaydadan kənara çıxmır, bahalı daşlardan istifadə edir. Qəbir daşları da şan-şöhrət amilinə çevrildiyindən, insan hüzur tapa bilmir. Sanki qəbirlərimizlə də rəqabət aparırırq. Ona görə də qəbristanlığa gedərkən insanda bir xof, narahatlıq hissi yaranır”.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
- Türkiyəli müğənni Volkan Konakın vəsiyyəti gündəm oldu: "Basdırmasınlar məni torpağa"
- Minaaxtaran dronlar, savaş gəmiləri, Qarabağla bağlı təklif... - Türkiyəli polkovniklə MÜSAHİBƏ
- Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub
- Paltaryuyan maşının altından meşəyə uzanan tunel - Rizedə cinayətkarın evindən inanılmaz görüntülər