Britaniya Olimpiya Assosiasiyasının və İpsviç Şəhər Futbol Klubunun keçmiş Baş icraçı direktoru Saymon Kleq bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Baş icraçı direktoru vəzifəsinə təyin edilib. O, bu vəzifəyə Baş icraçı direktor Cim Şer vəzifəsindən getdikdən sonra təyin olunub.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Kleq bu həftə Bakıya gələcək.
O, özünün idarəetmə şirkəti Zeus İnternational Mangement vasitəsi ilə hazırda yerinə yetirdiyi bütün digər konsultasiya müqavilələrini ləğv edəcək.
Kleqin əvvəlki iş təcrübəsinə 12 Yay Olimpiya və Qış Olimpiya Oyunlarında Böyük Britaniyanın Atletlər Komandasına rəhbərlik, Bat şəhərində Avropa Gənclərin Olimpiya Festivalında (BK-da keçirilmiş gənclərin ən böyük çox növlü idman yarışı) Baş İcraçı Direktor və Afina 2004 Operativ İşçi Qrupunda IOC tərəfindən təyin edilmiş ekspert vəzifəsi daxildir.
Eyni zamanda, Kleq tender üzrə direktor olmazdan öncə 2012-ci il Olimpiya Oyunları ilə bağlı tenderdə iştirak etmək üçün Britaniya Hökumətini və London Merini inandırmaqdan ötrü siyasi və PR kampaniyalara rəhbərlik etmiş və sonra direktor kimi Olimpiya Oyunlarının London Təşkilat Komitəsinin idarə heyətinə qoşulub.
Təyinat ilə bağlı rəyini bildirən Azərbaycan Gənclər və idman naziri və BAOƏK-un icraçı direktoru Azad Rəhimov deyib:
“Mən şadam ki, Saymon bu təzə vəzifəni tutmağa razılıq verib. Onun təşkilata rəhbərlik etmək üçün lazımi qabiliyyəti və təcrübəsi vardır belə ki, biz planlaşdırma mərhələsindən əməliyyatların icrası rejiminə keçirik və açılış mərasiminə qədər yalnız 14 ay qalır.
Son doqquz ay ərzində o, Avropa Olimpiya Komitələrini təmsil edərkən biz onunla sıx əməkdaşlıq şəraitində işləməkdən məmnunluq duymuşuq və mən əminəm ki, Avropada ən yaxşı atletlər üçün gözəl bir yarış keçirəcəyik”.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hiki deyib:
“Saymon bizim icraçı direktorumuz olduğu son doqquz ay ərzində ilk Avropa Oyunlarının uğurlu icrasına böyük kömək göstərib. Onun Təşkilat Komitəsinin funksiyalarını dərindən bilməsi və başa düşməsi ilə birləşən rəhbərlik və idarəetmə təcrübəsi onun Avropa Oyunlarında bu təzə yüksək vəzifə üçün açıq-aşkar seçilməsinə səbəb olub.
Öz qitəmizdən say-seçmə atletlər üçün cəlbedici və innovativ yarışların keçirilə bilməsini təmin etmək məqsədilə biz Saymon ilə birlikdə işləməyi davam etdirəcəyimizə ümid bəsləyirik. Bakı2015-in real irisi Avropa Oyunlarının gələcək variantları üçün davamlı bir model olacaq”.
Saymon Kleq deyib:
“Əməliyyat Komitəsində bu yeni vəzifəni tutmaq üçün Gənclər və idman naziri tərəfindən dəvət olunduğuma görə sevincimin həddi-hüdudu yoxdur.
BAOƏK-da çox gözəl mövcud bir kollektiv var və son doqquz ay ərzində mən onların çoxu ilə birlikdə işləmişəm və bilirəm ki, biz birlikdə Azərbaycan xalqının, Avropa Olimpiya ailəsinin və ən əsası da Avropa atletlərinin qurur duya biləcəyi bir yarışı həyata keçirə biləcəyik.
Hər hansı ilk yarış fərqli bir şey yaratmaq üçün gözəl imkan yaradır və bizim arzumuz Bakı şəhərində yer kürəsinin ətrafında kontinental idman yarışlarının ön hissəsində Avropa Oyunlarını yaratmaqdır”.