Son günlər səsləndirdiyi fikirlər qalmaqala çevrilən tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli müzakirələrə səbəb olacaq daha bir açıqlama verib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, ilahiyyatçı İslamda süni mayalanmaya icazə verilib-verilməməsindən danışıb:
“İnsanlar tez-tez süni mayalanma ilə bağlı suallar verirlər. İndi deyəcəklərim də təbii ki, mənim fikrim deyil. Amma İslamda süni mayalanmaya müəyyən şərtlərlə icazə verilir. Şərtlərdən biri budur ki, donor anonim ola bilməz. Yəni onun şəxsiyyəti bəlli olmalıdır. Və yaxud əgər kişinin sperması qadının bətninə yerləşdirilirsə, burda qəbahət yoxdur. İstisna hallarda müəyyən alimlər buna icazə verir. Amma bunu qəbul etməyən İslam alimləri də az deyil”.