Bakıda “Tour d`Azerbaidjan” velosiped turu başlayıb.
Oxu.Az xəbər verir ki, yarışın birinci mərhələsi Dövlət Bayrağı Meydanından start götürüb və 154 km sonra Sumqayıtda bitəcək.
“Tour d`Azerbaidjan”da, ümumilikdə 22 ölkəni təmsil edən 25 komanda birincilik uğrunda mübarizə aparır.
Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-i “Tour d`Azerbaidjan”da iştirak edir.
Turnirdə Azərbaycan “Synergy Baku Cycling Project” komandası ilə təmsil olunur.
Qeyd, edək ki, “Tur Azərbaycan-2014” 11 may tarixində bitəcək.
Foto: Nüsrət Abdullayev
www.oxu.az
1985