Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Roza Zərgərlinin yeni layihəsi – FOTO + VİDEO
Müğənni Roza Zərgərli ötən gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.
Oxu.Az xəbər verir ki, müğənni əvvəlcə media nümayəndələrinə Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu Öndər” klipini təqdim edib.
Klip 3D formatında çəkilib. Ekran işinin ideya müəllifi və rejissorluğu, eyni zamanda, mahnının musiqisi müğənnin özünə məxsusdur. Sözləri isə Sənan Raquboğluna aiddir. Montajçı Elnar Haşımovdur.
Daha sonra Roza Zərgərli türk rok qrupu “Pankart”ı dəvət edərək, digər layihəsindən söz açıb.
Roza Zərgərlinin sözlərinə görə, qrup üzvləri onun “Atəş” layihəsini bəyənib və onunla birgə duet ifa etmələrini istəyiblər.
Onlar birgə səsləndirdikləri “Oyuncaq” adlı mahnıya klip çəkməyi planlaşdırır. Adıçəkilən mahnıya klipi rejissor Elşən Babayev çəkəcək. Çəkilişlər isə Şəkidə baş tutacaq.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Deputat: "Naxçıvan sakinlərinin təbii yanacaq probleminə birdəfəlik son qoyulacaq"
- Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol
- SOCAR "KazMunayQaz", "Tatneft" və "Uzbeknefteqaz"la əməkdaşlığı genişləndirir