7-11 may tarixlərində “Tur Azərbaycan – 2014” çoxgünlük veloyarış keçiriləcək.
Oxu.Az Buro 24/7-yə istinadən xəbər verir ki, Tour d'Azerbaidjan paytaxt Bakı ilə yanaşı, ölkənin 7 rayonunun ərazisində keçiriləcək və UCI Europe Tour çərçivəsində 2,2 kateqoriyalı velosiped yarışıdır.
Birinci mərhələ Bakıda start götürəcək, 154 km sonra Sumqayıtda bitəcək.
Bu, sprinterlər üçün əla şansdır və ilk mərhələdə idmançılar yarışın taleyini son 5 dairədə həll edə bilərlər. İkinci mərhələ artıq üçüncü ildir ki, təkrar olunur. Bu, Bakıdan İsmayıllıya 187 km məsafədə enişli-yoxuşlu və güclü külək olan trasdır. Üçüncü mərhələnin uzunluğu 180 km-dir.
Qəbələdən Şəkiyə və geriyə olan yolda Orta əsr karvansarayının yaxınlığındakı ərazidə daşlar yarışçılar üçün əsl sınaq ola bilər. 115 km məsafədə dördüncü mərhələ Qəbələdən Pirquluya qədərdir. Burada üç yoxuş var. Veloturun beşinci mərhələsi Bakıda keçiriləcək. İştirakçıları 120 km yol və 13,6 km-i 6 dəfə fırlanma gözləyir.
Oxu.Az bu günlərdə start götürəcək yarışmaya həsr olunmuş videoçarxı təqdim edir: