Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hacıbala Abutalıbov "26" kafesini bağlatdırdı – FOTO
Bakının mərkəzindəki "26" adlı kafe bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
H.Abutalıbov xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən keçmiş "26-lar adına bağ"da (indiki "Sahil" bağı) azərbaycanlılara qarşı soyqrımını təşkil etmiş qatil Şaumyan başda olmaqla, Bakı komissarlarının qəbirləri açılmış və orada başçı qatillər olan Şaumyanın, Əmirovun və Avakyanın sümükləri tapılmamışdı: "Doğrudan da, tarix göstərdi ki, bu qatillər öz havadarlarının əli ilə xaricə qaçmış, azərbaycanlıların qızıl və digər sərvətlərini də xaricə aparmışlar. Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26" adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq".
İcra başçısı əlavə edib ki, obyekt bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq: "Məsələyə hüquqi qiymət veriləcək".
Hazırda kafenin fəaliyyəti dayandırılıb, əmlakı müsadirə olunub.
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər