Hacıqabulda ana və oğlunu maşın vurub.
Oxu.Az-ın Aran bürosunun xəbərinə görə, hadisə rayonun Meyniman kəndində qeydə alınıb.
Quliyev Cəmil Bayram oğlunun idarə etdiyi avtomobil ana və 13 yaşlı oğlunu vurub. Nəticədə, ana ölüb, uşaq isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.