Hacıqabulda azyaşlı uşaq faciəvi şəkildə ölüb.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 12-də rayonun Talış kəndində yaşayan azyaşlı Gülnur Qədirova həyətdə yerləşən quyuya düşərək boğulub.
Onun meyiti quyudan çıxarılıb.