Rusiyanın Saratov şəhərində 49 yaşlı Azərbaycan vətəndaşı avqustun 12-də polisə müraciət edib.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, onun sözlərinə görə, 17 yaşlı qızı saat 17:00-da evdən gedib və geri qayıtmayıb.
Daha sonra şikayətçinin telefonuna zəng gəlib. Naməlum şəxs ona bildirib ki, onun qızı ondadır.
Qızın valideynləri güman edirlər ki, bu, milli adət olan – gəlin qaçırılmasıdır.
www.oxu.az