Bakının Yasamal rayonunda məişət tullantıları zibilxanasında baş vermiş yanğında həmçinin köhnə avtomobil şinləri yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.
Hazırda iki yanğınsöndürən briqadanın vasitəsilə yanğın söndürülüb.
13:32
Bakının Yasamal rayonunda bina yanır.
Oxu.Az Trend-ə istinadla xəbər verir ki, bina Bakı Dövlət Universitetinin yaxınılığında yerləşir.
FHN-nin qaynar xəttindən Trend-ə bildirilib ki, yanğın “Vital" Klinikanın yerləşdiyi binada baş verib.
Nazirlikdən verilən məlumata görə, hazırda yanğının baş verdiyi əraziyə FHN-nin yanğınsöndürən briqadası yola düşüb.
Yanğının hansı səbəblərdən baş verməsi və miqyası barədə hələlik məlumat verilmir.
